“Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xətt”imizdir” - Ərdoğan

26 İyul 2022 12:30 Sizdən Bizə 989
“Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xətt”imizdir” - Ərdoğan

“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına ciddi yanaşır”.

Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə üçün “qırmızı xətlər” əvvəldən Azərbaycanla bağlı olub.

“Biz dedik ki, Azərbaycanın problemləri həll olunarsa, o zaman qapıları açacağıq.

Amma sözdən başqa Ermənistanın konkret addımlar atmasını gözləyirik. Normallaşma məsələsində ciddiyik”, deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyədə 100 min erməni yaşayır, Türkiyə vətəndaşı olan ermənilər də var.

Eyni zamanda o, Ankaranın İrəvanla bağlı yanaşmalarının Bakı ilə koordinasiya əsasında formalaşdığını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti