"Qurban Qurbanov “Qarabağ” üçün həyatını verib"

20 İyul 2022 03:20 Sizdən Bizə 1 864
"Qurban Qurbanov “Qarabağ” üçün həyatını verib"

Azərbaycanda çıxış etmiş polşalı futbolçulardan olan Lukaş Sapela sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 2012-2014-cü illərdə “Rəvan”ın qapısını qorumuş, hazırda isə Polşanın “Resoviya” klubunun məşqçisi olan Sapela “Qarabağ” – “Lex” görüşü (5:1) barədə danışıb:

"Çoxdandır ki, Polşa klubunun ifasında təsnifat mərhələlərində bu cür bərbad oyun görməmişdim. Fakt odur ki, Polşa çempionu Bakıda Azərbaycan çempionuna uduzdu.

Halbuki, matç "Lex" üçün əla başlamışdı. Kollektiv oyunla qollarını vurdular. Dəqiqələr keçdikcə, "Lex" hücumda heç nə edə bilmirdi, müdafiədə isə stabillik çatmırdı.

Nəticədə də uduzdular. "Qarabağ"ı aşkar qələbə münasibətilə təbrik edirəm və onların qrupa qədər irəliləməsini arzulayıram.

Unutmayın ki, “Qarabağ”ın Qurban Qurbanov kimi çox ağıllı və müdrik baş məşqçisi var. O, komanda üçün həyatını verib. Bu komanda çox gözəl futbol oynayır".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız