“Eyni kökdən bəslənən çinarın budaqları kimiyik” - Hulusi Akar

8 Noyabr 2021 16:50 Sizdən Bizə 1 189
“Eyni kökdən bəslənən çinarın budaqları kimiyik” - Hulusi Akar

“Şükürlər olsun ki, Qarabağ bu gün azaddır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın bu gün həqiqətən azaddırlar və ana vətənə qovuşublar. Azərbaycan türkü yaşadığı çətinliklər qarşısında əyilməyib, "artıq bəsdir!" deyərək vətəninə, haqqına, hüququna, öz torpaqlarına sahib çıxıb.

Bu, sadəcə Ermənistana qarşı qazanılan zəfər deyil, bu zəfər eyni zamanda illərdir haqsızlığa, hüquqsuzluğa göz yumanlara, səssiz qalanlara qarşı da ən gözəl cavab oldu.

Hər zaman olduğu kimi sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz can qardaşlarımızın bu haqlı mübarizəsində də yanında olduq.

Çünki biz eyni kökdən və eyni gövdədən bəslənən ulu bir çinarın budaqları kimiyik. Bilinməlidir ki, tarixdə yaşananlar Azərbaycan və Türkiyə arasına əngəllər qoysa da, dini, dili, milliyyəti bir olan, tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki ölkə insanının qəlblərinə əsla kilid vurmayıb və vurmayacaq”, - deyə Hulusi Akar vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı