Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO

26 Yanvar 2021 13:30 Sizdən Bizə 640
Baxçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşa şəhərində inşasını nəzərdə tutduqları məktəb layihəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, siyasətçi partiyasının qrup iclasında çıxışı zamanı layihənin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən razılıqla qarşılandığını açıqlayıb.

Baxçalı Üzeyir Hacıbəyovun adını daşıyacaq məktəbin Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən inşa etdiriləcəyini bildirərək layihənin ilkin variantını nümayiş etdirib və qeyd edib ki, inşa işləri başa çatan kimi təhsil müəssisəsi Azərbaycan Respublikasına təhvil veriləcək.

“16 yanvarda açıqladığım kimi, təlimatımla Şuşada doqquz siniflik bir məktəbin tikilməsi hədəfimiz idi. Təməlinin də yanvarın 30-da qoyula biləcəyini söyləmişdim.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub.

Bu həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkür edirəm. Layihənin hər mərhələsi haqqında hörmətli Prezidentlərimizə məlumat veriləcək”, - deyə o vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?