Ərdoğan: "Türkiyə Azərbaycana hər sahədə dəstək göstərəcək"

16 Yanvar 2021 19:50 Sizdən Bizə 1 079
Ərdoğan: "Türkiyə Azərbaycana hər sahədə dəstək göstərəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Bildirilir ki, ölkə başçıları Türkiyə-Azərbaycan münasibətləri və bölgədəki vəziyyətlə bağlı müzakirələr aparıblar.

Ərdoğan Azərbaycanın haqlı mübarizəsində Dağlıq Qarabağ zəfərinin bölgə üçün yeni imkanlar yaradacağını ifadə edib. Türkiyənin Azərbaycana hər sahədə dəstək göstərəcəyini vurğulayıb.

Həmçinin Prezident Ərdoğan Dağlıq Qarabağda təmir və tikinti işlərinin başlamasından məmnun olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”