"Qarabağdakı qarşıdurmada çox açıq şəkildə ortaya çıxdı ki..."

8 Yanvar 2021 14:30 Sizdən Bizə 1 098
"Qarabağdakı qarşıdurmada çox açıq şəkildə ortaya çıxdı ki..."

“Dağlıq Qarabağdakı qarşıdurmada çox açıq şəkildə ortaya çıxdı ki, Türkiyənin əsgər və hərbi texnologiyaları dünyada müharibə konsepsiyasını dəyişdirmə potensialına malikdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin spikeri Mustafa Şentop deyib.

O, ABŞ-dakı iğtişaşlar barədə şərh verərkən Dağlıq Qarabağ və Türkiyə hərbi texnologiyasından da söz açıb:

“Əvvəllər Suriya, Liviya, lakin daha çox Dağlıq Qarabağdakı münaqişədə Türkiyənin müharibə konsepsiyasını dəyişdirəcək potensiala sahib olduğu ortaya çıxdı və bütün dünya bu imkanların Azərbaycanın uğurunda çox təsirli olduğunu qəbul etdi.

Bu günədək ya mövcud problemləri dəstəkləmək, həll etməmək, çarəsiz saxlamaq, ya da ki, lazımi yerlərdə problemlər yaradacaq bir beynəlxalq siyasətin hakim olduğunu görürük”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!