Ərdoğandan daha bir Qarabağ AÇIQLAMASI

30 Dekabr 2020 11:10 Sizdən Bizə 3 035
Ərdoğandan daha bir Qarabağ AÇIQLAMASI

"Şərqi Aralıq dənizindən Liviyaya, Suriyadan Dağlıq Qarabağa uzanan coğrafiyada son dərəcə çətin məsələlərlə üzləşdik.

Qarşılaşdığımız təhdidlərin böyüklüyünə baxmayaraq, qardaşlarımızın şərəfini, ölkəmizin mənfəətlərini, əziz millətimizin haqq və hüququnu kimsənin tapdamasına imkan vermədik və bundan sonra da verməyəcəyik ".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağda 30 ildir göz yumulan işğalına sona çatdırılmasına töhfə verib:

"ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk qrupu 30 ildir bu məsələni həll edə bilməyib və azərbaycanlı qardaşlarımızı öz torpaqlarından qaçqın vəziyyətinə salıblar. Sonda azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdilər və ərazilərinə qovuşdular".

"Qonşularımız başda olmaqla, heç kimin ərazisində və suverenliyində gözümüz yoxdur. Biz sadəcə ölkəmizin haqqına, hüququna, suverenliyə yönələn təhdidlərlə mübarizə aparırıq. Millətimizlə bərabər Kipr və Azərbaycan türklərinin mənfəətlərini qorumağa çalışırıq", - Türkiyə Prezidenti bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!