Ərdoğan: "Bəzi ölkələr Qarabağ zəfərini həzm edə bilmirlər"

24 Dekabr 2020 02:52 Sizdən Bizə 910
Ərdoğan: "Bəzi ölkələr Qarabağ zəfərini həzm edə bilmirlər"

“Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər.

Bu düşüncəyə sahib insanların rəhbərliyə altında olanda əlinə düşən bütün fürsətləri qaçıran Türkiyə, inşallah, bir daha eyni vəziyyətə düşməyəcək”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkəmizin nə Şərqdən, nə də Qərbdən üzdöndərmək niyyəti yoxdur. Avropa və ABŞ ilə münasibətlərimizi inkişaf etdirərkən türk dünyasını, Asiyanı, Latın Amerikasını, Afrikanı əsla gözardı edə bilmərik”, - o vurğulayıb.

Boraltan hadisəsi 1944-cü ildə baş verib. Rəsmi Ankara 100-dən çox azərbaycanlını SSRİ-yə təslim edib. Nəticədə onlar kommunist rejimi tərəfindən yerindəcə güllələnib.

Digər Xəbərlər
Xəbər Lenti