Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi

17 Dekabr 2020 17:50 Sizdən Bizə 607
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Qarabağdakı son vəziyyətlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Putin jurnalistin Dağlıq Qarabağın gələcəyi ilə bağlı sualı cavablandırarkən bölgənin Azərbaycan ərazisi olduğunu bir daha bildirib.

“Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm ki, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu şərtləri nəzərə alaraq demək istəyirəm ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ da Azərbaycan ərazisidir”,- deyə Putin qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti