“Nəyə gücümüz çatırsa, onu da edirik“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı“nın müdafiəçisi Brahim Konate deyib.
Fransalı legioner “azarkeşlər mövsümün geridə qalan hissəsində 12 xal toplayan komandadan nə gözləsin“ sualına cavabında bunları söyləyib:
“Gələcəyi düşünmürük. Oyundan-oyuna baxırıq və hər qarşıdan gələn rəqibə uyğun hazırlaşırıq.
Gücümüzün hara qədər çatdığını mövsümün sonunda görəcəyik.
Azarkeşlərin təslim olmayan və xarakter göstərən “Şamaxı” görəcəklərinə şübhə etmirəm“.
“Şirlər“ Premyer Liqada çıxdığı 9 matçdan sonra turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Əyalət təmsilçisinin bütün göstəriciləri “3“dür. Komanda eyni sayda qələbə qazanıb, heç-heçə edib və məğlubiyyətə uğrayıb.