"Şamaxı" yeni mövsümün ilk turunda "Sabah"ı qonaq edəcək.
"Tələbələr" bölgə səfərinə "Makkabi" (Hayfa) üzərində qazanılan parlaq qələbə ilə yollanır.
Lakin bu məqam da "şirləri" qorxutmur.
Bunu Sportinfo.az-a açıqlamasında komandanın yarımmüdafiəçisi Georgi Kantariya deyib:
"Sabah" yaxşı komandadır. Onlara hörmət edirik, amma onlardan qorxmuruq. Gücümüzü bilirik və uğur üçün sona qədər mübarizə aparacağıq".
27 yaşlı gürcüstanlı legioner vacib oyun öncəsi yerli azarkeşlərə də çağrış edib:
"Fanatlar yoxlama matçında belə bizi dəstəkləməyə gəldilər. Biz birlikdə meydanda daha güclü olacağıq və bütün oyunçular əllərindən gələni edəcəklər.
Azarkeşlərimizi sevindirmək üçün hər şeyi edəcəyik. "Sabah"la oyunda görüşərik".
XANOĞLAN