Klubdan maaş və mükafatını ala bilməyən 12 nəfərə ŞAD XƏBƏR

14 Sentyabr 2023 21:20 Şamaxı 1 012
Klubdan maaş və mükafatını ala bilməyən 12 nəfərə ŞAD XƏBƏR

“Şamaxı”nın keçmiş məşqçi və futbolçu heyəti klub rəhbərliyindən zəng gözləyir.

Səbəb ötən mövsümdən qalan borcların hələ də verilməməsidir.

2022-2023 futbolun ilində komandanın məşqçilər heyətində yer alan şəxslərin heç biri, həmçinin, Elvin Məmmədov, Amil Yunanov, Rəhman Daşdəmirov kimi futbolçular ötən mövsümdən qalan maaşlarını ala bilmirlər.

Məşqçilər 2 (may və iyun), futbolçuların isə 1 ayın (may) əməkhaqqısını gözləyir. Di gəl, konkret cavab yoxdur.

Gecikmə müəmmasına aydınlıq gətirmək üçün klubun mətbuat katibi Yusif Hüseynlə əlaqə saxlayanda məlum oldu ki, artıq borcların bağlanması prosesinə start verilib:

“Qeyd etdiyiniz məsələ klub rəhbərliyinin diqqətindədir. Avqustun sonundan başlayaraq qalıq maaş və mükafatlar verilməyə başlayıb. İlkin mərhələdə məvacibi az olan 7 futbolçunun əməkhaqqısı ödənilib.

Hazırda yerdə qalan 8 futbolçu və 4 məşqçinin maaşının verilməsi üzrə iş gedir. Yaxın 15 gün, maksimum bir ay ərzində bütün maaş və mükafat borcları bağlanacaq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”