COP29

“Ağlamaq fikrim yoxdur, gələndə özümə belə söz vermişəm”

18 Avqust 2023 20:10 Şamaxı 742
“Ağlamaq fikrim yoxdur, gələndə özümə belə söz vermişəm”

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 3-cü turunun "Turan Tovuz"la oyununda qeydə alınan məğlubiyyəti (0:2) şərh edib.

- Turan Tovuz"u təhlil etmişdik. Bilirdik ki, Ayxan Abbasovun öz oyun stili var, oyuna hazır idik. Gözləmədiyimiz anda qol buraxdıq. Bu qolun təsirindən ayılmamış qapımızda ikinci qolu gördük. Buna baxmayaraq, komanda yaxşı oyun göstərdi. Çempionat yeni başlayıb. Hazırda turnir cədvəlinin heç bir əhəməyyəti yoxdur. Bundan da yaxşı olacağıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar.

- Qapıçınız kobud səhvlərlə yadda qalır. Bu mövqeyə transfer gözlənilir?

- Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirəm. Futbolda səhvlər də olur, yaxşı anlar da. "Neftçi"ni udanda səhvlər görünmürdü. Razıyam, səhvləri oldu. Amma o da istəməzdi ki, qollar buraxaq. Qapıçı transferi yox, amma başqa mövqelərə gözlənilir.

- Transfer məsələsi nə yerdədir? Razılıq əldə etdiyiniz oyunçular var?

- Nə qədər çətin olsa da, ağlamaq fikrim yoxdur. "Kəpəz"ə gələndə özümə belə söz vermişəm. Bu şərait və büdcə ilə razılaşmışamsa, axıra kimi əlimdən gələni edəcəm. Hazırkı futbolçularla davam edəcəm. Bəli, çətnidir. Çalışacağıq ki, bu istiqamətdə işlər görək.

- Məğlubiyyətə erkən buraxılan qol, yoxsa Mate Kvirkviyanın zədələnməsi?

- Mateyə görə çox təəssüflənirəm. Tibbi baxışdan sonra durumu bilinəcək. Oyunu uduzduq, amma futbolçu itirmək bizim üçün çox ağırdır. Oyuna gəlincə, qola kimi futbolçular meydanda mənim istədiklərimi yerinə yetirirdilər. Futbolçulara tapşırmışdım ki, ehtiyatlı oynamaq lazımdır. Belə də başlamışdıq. Gözləmədiyimiz anda qol buraxdıq. Bu da sınma nöqtəsi idi.

- Hücum xəttinə transfer fikriniz var?

- Müdafiə planında yaxşıyıq. Hücumdakı durumdan razıyam. Bu haqda düşünürük. Hücum oyunuçuların hərəsinin üzərinə düşən iş var. Onlara tapşırmışıq ki, bir az artırmaq lazımdır. Bu baş versə, qollar da gələcək. Getdikcə hər şey yoluna düşəcək. Bir neçə transferlə oyunumuzda yaxşıya doğru dəyişiklik olacaq.

Digər Xəbərlər
Xəbər Lenti