Premyer Liqa klubuna lazım olmadı, I Liqa təmsilçisinə icarəyə verildi

27 Yanvar 00:50 Səbail 1 326
Premyer Liqa klubuna lazım olmadı, I Liqa təmsilçisinə icarəyə verildi

“Səbail” dövrələrarası fasilədə növbəti futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Belə ki, I Liqa təmsilçisi “Turan Tovuz”un və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Raul Məmmədovu heyətinə cəlb edib.

Yarımmüdafiəçi mövsümün sonuna qədər klubda icarə əsasında çıxış edəcək. O, mövsümün ilk yarısında “Kəpəz”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM