“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşa yığmasının UEFA Millətlər Liqasının son turunda İsveçlə (1:1) oyunda ehtiyatda qalmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı cinah oyunçusu ölkəsinin mətbuatına açıqlamasında meydana çıxmamasına üzüldüyünü deyib.
Buna rəğmən o, həvəsdən düşməyəcəyini sözlərinə əlavə edib:
“Düşünürəm ki, oynamamaq meydana çıxmayan hər bir futbolçu kimi, mənə də təsir edir. Bu, insanın ambisiyalarına və eqosuna toxunur.
Əlbəttə, hər kəs meydanda olmaq istəyər, mən də həmçinin. Amma sonda ailəmin bəzi üzvlərinə izah etdiyim kimi, bizim ailədə çox adam var və hər kəs daxilən bu işi bacaracağını düşünür.
Belə vəziyyətdə görə biləcəyin yeganə iş pozitiv qalmaq və məşqlərdə daha çox çalışmaqdır”.
Polşa yığması qrupda 5 xalla 3-cü yeri tutaraq B Liqasında qalıb.
