SON DƏQİQƏ: Hüseynov klubundan yeni ayrılan futbolçunu yayına gətirdi

4 Dekabr 2024 09:00 Səbail 3 526
SON DƏQİQƏ: Hüseynov klubundan yeni ayrılan futbolçunu yayına gətirdi

Ötən həftə “Şamaxı”dan ayrılan İlkin Muradovun yeni iş yerinin adına aydınlıq gəlib.

28 yaşlı yarımmüdafiəçi karyerasını paytaxt təmsilçisində davam etdirəcək.

Muradov Cavid Hüseynovun şəxsi istəyi ilə “Səbail”ə dəvət olunub.

Onunla 2026-cı ilin yayına qədər 1,5 illik müqavilə nəzərdə tutulub.

“Dənizçilər” yaxın günlərdə transfer xəbərini rəsmən açıqlayacaq.

U-21 millimizin sabiq üzvü Premyer Liqada “Zirə”, “Şamaxı” və “Səbail”in heyətində 159 oyunun iştirakçısı olmaqla 3 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda