Ukrayna yığmasının vingeri bu ölkələrə getmədi, Azərbaycan klubu ilə 1 illik anlaşdı

12 Avqust 2022 20:00 Səbail 2 209
Ukrayna yığmasının vingeri bu ölkələrə getmədi, Azərbaycan klubu ilə 1 illik anlaşdı

“Səbail”in yeni legionerlə anlaşmasını xəbər vermişdik.

Bayıl təmsilçisi Maksim Çeki sıralarına qatıb.

Ukraynalı yarımmüdafiçi ilə imzalanan müqavilənin müddəti 1 ildir. 23 yaşlı vinger Donetsk “Şaxtyor”unun yetirməsidir.

2019-2021-ci illəri icarə əsasında “Maripol”da keçirib. Ukraynanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.

Hazırda müharibə ilə əlaqədar Ukraynada çempionata ara verildiyindən, o. “Səbail”ın təklifini qəbul etməyə razılaşıb. Baxmayaraq ki, Qazaxıstan və Kipr klubları da Maksimə dəvət göndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti