Sponsorlar Premyer Liqa klubuna maliyyə dəstəyini dayandırdı

5 Oktyabr 2021 23:40 Səbail 1 867
Sponsorlar Premyer Liqa klubuna maliyyə dəstəyini dayandırdı

Premyer Liqanın daha bir klubu himayədarlarından xoş olmayan xəbər alıb.

Söhbət «Səbail»dən gedir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və çay istehsalı üzrə ixtisaslaşan şirkət Bayıl təmsilçisinə maliyyə dəstəyini dayandırıb. Beləliklə, «dənizçilər» tamamilə AFFA-nın ümidinə qalıb.

«Səbail»in rəsmi saytında partnyorlar barədə məlumat verilərkən, 4 ayrı-ayrı təşkilatın adı qeyd olunur. Bunlar hamısı formaldır – klubun büdcəsinə təsiri yoxdur.

Sponsorların adı ona görə orada saxlanılır ki, «Səbail» ətrafında vəziyyətin ciddiliyi diqqət çəkməsin, hər şeyin əvvəlki qaydada nizamlanmasına dair təsəvvür qalsın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır