Birini "Neftçi"yə satdı, indi də o birini "Sabah" istəyir

11 İyun 2024 17:00 Sabah 5 402
Birini "Neftçi"yə satdı, indi də o birini "Sabah" istəyir

Emil Səfərovu 350 min manat qarşılığında «Neftçi»yə satan «Qəbələ» İbrahim Ramazanovdan da pul qazana bilər.

«Sabah» klubun yetirməsinə elsi düşüb. Konfrans Liqasına vəsiqə qazanan «bayquşlar» gənc müdafiəçinin xidmətində maraqlıdır.

Masazır təmsilçisi artıq bu barədə «qırmızı-qaralar»ın rəsmilərini məlumatlandırıb.

2004-cü il təvəllüdlü Ramazanovu iş başında izləyən Krunoslav Renduliç onun adını transfer siyahısına daxil edib və bugünlərdə tərəflər arasında danışıqlar start götürüb.

«Sabah» ona görə «Qəbələ»yə təzminat ödəməyə hazırdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti