Rəşad "Sabah"dan getdi

1 İyul 2020 16:14 Sabah 652
Rəşad "Sabah"dan getdi

"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan Rəşad Eyubovun sözləşməsi yenilənməyib.

Klub 28 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.

"Sabah" daha öncə Cavid İmamverdiyev, Vadim Abdullayev, Kərim Diniyev və Məqsəd İsayevlə vidalaşıb. Klub Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Slavik Alxasov və Nicat Mehbalıyevin keçidini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!