"Sabah" şikayət etməyəcək – “Neftçi” ilə dava-dalaşa görə

7 İyun 2024 03:50 Sabah 963
"Sabah" şikayət etməyəcək – “Neftçi” ilə dava-dalaşa görə

AFFA İntizam Komitəsi tərəfindən 12700 manat cərimələnən "Sabah" apellyasiya şikayəti verməyəcək.

İntizam Komitəsi paytaxt təmsilçisini Azərbaycan Premyer Liqasının XXXVI turunda "Neftçi" ilə matçdakı qayda pozuntularına görə cəzalandırıb.

Bakı klubu Kahim Parris, Con İrasabal və Abdulax Xaybulaevin təcavüzkar davranışlarına və bu səbəbdən oyun zamanı aldıqları qırmızı vərəqələrə görə ümumilikdə 12000 manat cərimələnib.

"Sabah" digər 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün isə daha 700 manat ödəməli olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti