
“Sabah” baş məşqçisi Murad Musayevə yeni müqavilə təklif edib.
Sportinfo.az xəbər verir ki, bunu rusiyalı mütəxəssisin özü deyib.
Musayev klub rəhbərliyinin ona yeni sözləşmə təklif etdiyini və hazırda bunun müzakirə edildiyini bildirib.
Murad Musayevin “Sabah”la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. O, 2021-ci ilin oktyabırından paytaxt təmsilçisini çalışdırır.