“Qarabağ”ın çempion elan olunması ilə razılaşırsan?

7 Aprel 2020 22:40 Sabah 751
“Qarabağ”ın çempion elan olunması ilə razılaşırsan?

Sportinfo.az “Sabah”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin müsahibəsini təqdim edir:

– Karantin rejiminə əməl edirsənmi?
– Bütün günü evdə otururam. Məşq etməyə çalışıram. Təbii ki, bütün məşqləri etmək mümkün deyil. Evdə necə bacarıramsa, o qədər məşq edirəm.

– Bakıdasan, yoxsa Moskvada?
– Hazırda Bakıdayam.

– Futbol üçün çox darıxırsan? Evdə futbol oynayırsan?
– Əlbəttə ki, çox darıxıram. Lakin evdə futbol oynamıram. Çünki bu o qədər də vacib deyil.

– Hazırda dünyada bir neçə ölkə çempionatı davam edir. Misal üçün biri Belarus. İzləyirsənmi?
– Yox, Belarus çempionatına baxmıram.

– Ümumiyyətlə, bu boşluqda nə edirsən?
– Bir xeyli filmə baxmışam. Sonuncu izlədiyim film isə “Qatil cangüdən” olub.

– Müxtəlif ölkələrdə oynamısan. Virusa yoluxan dostlarından, oynadığın futbolçulardan varmı?
– Hələ ki, yoxdur.

– Çempionat bərpa olunmasa, buna üzüləcəksən?
– Təbii ki, hamımız futbolun yaşıl meydanlara qayıtmasını istəyirik. Amma hər şeyə hazır olmaq lazımdır. İstənilən vəziyyətlə barışmağa hazırlaşmalıyıq.

– Premyer Liqada qalan oyunlar oynanılmasa, “Qarabağ”ın çempion elan olunması ilə razılaşırsan?
– Bəli. Onların ikinci yerlə arasında fərq onsuz da çoxdur. Mən bunda problem görmürəm (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti