Ayrılandan sonra ilk dəfə Sportinfo.az-a danışdı: "Bundan sonra da…"

19 Mart 2020 10:52 Sabah 1 251
Ayrılandan sonra ilk dəfə Sportinfo.az-a danışdı: "Bundan sonra da…"

"Sabah"dan ayrıl andan sonra Rostova, qardaşımın yanına gəlmişəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın sabiq idman direktoru Emin Abbasov deyib.

Yaxınlarda klubdan ayrılan funksioner hazırda Rusiyada olduğunu bildirib: "O. məni çoxdandır bura dəvət edirdi. Ancaq alınmırdı gəlməyim. Düzü, Rostovda koronavirus ab-havası yoxdur. Şəhərin mərkəzinə də gedib-gəlirəm, amma hələlik maska taxan adama rast gəlməmişəm.

Ümumi təhlükəsizlik tədbirləri həyata keçirilir. Lakin bu ana qədər həyat öz adi axarı ilə davam edir. Fürsətdən istifadə eləyib, "Rostov" - "Lokomotiv" matçına baxmağa getdim. Belə bir vaxtda oyunu izləmək üçün 30 mindən çox adam gəlmişdi arenaya.

Bir həftə əvvəl "Rostov"un ÇSKA-ya qarşı oyununda 40 min tamaşaçı var idi. Yəni, futbola maraq böyükdür bu şəhərdə. Digər tərəfdən, Valeri Karpin elə döyüşkən komanda qurub ki, oyunlara həvəslə gəlir azarkeşlər. Arenadakı ab-hava, oyunun səviyyəsi xoş təsir bağışladı mənə".

Uzun illərdir klub təsərrüfatında çalışan və bir sıra uğurlar əldə edən Abbasov son iş yerini tərk etməsi haqda bunları söyləyib: "Sabah"dan ayrılmağım barədə danışmaq istəmirəm. O səhifə mənim üçün artıq bağlanıb. Necə doğru bilirlərsə, elə də idarə eləsinlər klubu.

Özümlə bağlı planlarım belədir ki, futbol sahəsində çalışmağı davam etdirmək niyyətindəyəm. Son 3 ildə aktiv şəkildə bu işlə məşğulam. Təklif olmasa da, yenə də xeyirlisi! Yəni, jurnalist və futbol funksioneri kimi artıq 15 ildir bu sahədəyəm.

Bundan sonra da fəaliyyətimi məhz futbolda davam etdirəcəm. Onu zaman göstərəcək ki, futbol funksioneri, yoxsa jurnalist kimi. "Sabah"dan ayrılanda 100-dən çox adam əlaqə saxladı mənimlə.

Futbol adamları, məşqçilər, futbolçular, jurnalistlər diqqət göstərdilər ki, çox xoş oldu mənə. Futbol kənardan asan görünsə də, çox ağır bir sahədi.

Çətinliyi həm də ondadır ki, hərənin bir baxışı, inkişafa dair öz təsəvvürü var. Mənim də həmçinin. Məsələ ideyalarını gerçəkləşdirmək üçün münasib yer tapmağındadır. O isə artıq həm də qədər məsələsidir".

Digər Xəbərlər
Xəbər Lenti