Cavid İmamverdiyev komanda yoldaşını təhqir etdi - VİDEO

11 Noyabr 2019 15:25 Sabah 1 174
Cavid İmamverdiyev komanda yoldaşını təhqir etdi - VİDEO

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Sabah” – “Sumqayıt” matçında xoşagəlməz hadisə yaşanıb. Sportinfo.az xəbər verir ki, ev sahiblərinin iki futbolçusu arasında meydanda mübahisə düşüb.

İkinci hissədə “Sumqayıt”ın cərimə zərbəsi yerinə yetirməsindən sonra Ulise Diallo Cavid İmamverdiyevdən narazılıq edib. İmamverdiyev komanda yoldaşı Diallonu təhqir edib.

Matçdan sonra “Sabah”ın məşqçisi Ramin Quliyev məsələyə münasibət bildirib: “Ulisse Diallo ilə Cavid İmamverdiyev arasındakı mübahisəyə gəlincə, baş məşqçimiz paltardəyişmə otağında da bu haqda danışdı. Dedi ki, belə şeylər olmaz, gələcəkdə təkrarlanmasın. Emosiya ilə bağlı idi. Ancaq istənilən halda bu yolverilməzdir”.

Digər Xəbərlər
Xəbər Lenti