“Neftçi”nin oyunçuları ilə niya dava ediblər?

31 May 2024 22:40 Sabah 2 989
“Neftçi”nin oyunçuları ilə niya dava ediblər?

“Sabah” prinsipial oyunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etməklə avrokuboklara vəsiqə qazandı.

Qarşılaşmadan sonra hamı kimi Anatoli Nuriyev də hədsiz sevincli və məşğul görünürdü.

“9 nömrə” Sportinfo.az-a müsahibə verməyə vaxt tapdı.

- Ölüm-qalım mübarizəsindən qalib ayrılmaq çox yordu?

- Ayağımdakı zədəyə görə azacıq ağrılar var. Amma ümumi planda yorğun olduğumu deməzdim. Nə qədər oynadım ki? Əsas odur əziyyətimiz yerdə qalmadı.

- Bu qədər itkilərin fonunda “Neftçi”ni onların meydanında məğlub etmək.... Təsəvvür edirdin?

- Əlbəttə. Hədsiz istəkli olduğumuzu yəqin ki, gördünüz. Belə məqamlarda mübarizlik böyük rol oynayır. Biz də bu üstünlükdən istifadə etməyi bacardıq.

- Qələbənin əsas səbəbi istək idi?

- İstək və sərgilədiyimiz oyun. Statistikaya baxın, görün rəqibin qapısına neçə zərbə vurmuşuq. Məncə, onlarla müqayisədə biz bu gün daha yaxşı idik. Və haqq etdiyimiz qalibiyyəti əldə etdik.

- Məğlubiyyət təqdirində nələrin yaşanacağını təsəvvür edirdin?

- Yenilgi barədə qətiyyən düşünmürdüm. Heç bunu ağlımdan da keçirmirdim. İnam o dərəcədə çox idi ki, qalib gələcəyimizə inanırdım.

- Qoldan sonrakı insident zamanı nə baş verdi? Günah kimdəydi?

- İstəməsək də, futbolda bəzən belə hallar yaşanır. Tək Azərbaycanda yox, hər yerdə görmək mümkündür. Elə vəziyyətdir ki, günahkar axtarmaq olmur. Biz qola sevinirik, rəqib buraxılan topa üzülür və normal olaraq əsəblər gərilir. Olub keçdi, əsas odur ciddi problem yaşanmadı.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti