Rusiyalı Azərbaycanda çalışan həmyerlisinə tərif yağdırdı

14 Fevral 01:20 Sabah 619
Rusiyalı Azərbaycanda çalışan həmyerlisinə tərif yağdırdı

“Turan Tovuz”un rusiyalı legioneri Anton Kraçkovski Premyer Liqanın 22-ci turunda “Sabah”la keçirilən oyunda rəqibin baş məşqçisi olan Vasili Berezutski ilə qarşıdurmadan danışıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında komandasının 1:2 hesabı ilə məğlub olduğu görüşdə həmyerlisi ilə görüşmədiyini bildirib.

Kraçkovski “Sabah”ın baş məşqçisinin böyük potensiala malik olduğunu vurğulayıb:

“Təəssüf ki, Berezutski ilə görüşmək imkanım olmayıb. Onu oyundan əvvəl və ya sonra görməmişəm.

Berezutskinin çox güclü məşqçi olmaq üçün yaxşı perspektivləri var.

O, ən yüksək səviyyədə oynayıb, ona görə də futbolun necə işlədiyini bilir. Onun böyük gələcəyi var”.

Anton Kraçkovski qarşılaşmada ehtiyatda qalıb. O, qış fasiləsində Mahaçqala “Dinamo”sundan mövsümün sonuna qədər icarəyə götürülüb.

krackovski - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu