Azərbaycan klubunun oyununda hadisə baş verdi, UEFA böyük miqdarda cərimə kəsdi

29 Avqust 2024 02:30 Sabah 5 220
Azərbaycan klubunun oyununda hadisə baş verdi, UEFA böyük miqdarda cərimə kəsdi

UEFA "Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olmuş İsrailin "Makkabi" (Hayfa) klubunu cərimələyib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa klubu ilə Macarıstanda gerçəkləşən ilk matçına hüququ qiymət verib.

İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.

Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan "Sabah" penaltilər seriyasında (3:2) sevinən tərəf olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!