"Məqsədimiz "Sabah"ı keçməkdir" - "Makkabi"nin baş məşqçisi

22 İyul 2024 01:00 Sabah 624
"Məqsədimiz "Sabah"ı keçməkdir" - "Makkabi"nin baş məşqçisi

“Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Bahar Toto Kubokunun pley-off mərhələsində “Hapoel” (Beer Şeva) üzərində qazanılan qələbəni (3:0) şərh edərkən, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan danışıb.

Sportinfo.az “ONE” portalına istinadən xəbər verir ki, Macarıstanın Kişvarda şəhərində keçiriləcək ilk matç barədə bunu deyib:

"Bu, bizim ilk rəsmi oyunumuz idi, buna qədər biz ancaq təlim-məşq toplanışında oynamışdıq. Çərşənbə günü ilk avrokubok missiyamız üçün yola düşürük.

Qarşıda bizi güclü komandaya qarşı çətin oyun gözləyir. Məqsədimiz “Sabah”ı keçməkdir.

Mən oyundan-oyuna daha yaxşı olacağımızı gözləyirəm. Əvvəllər təlim-məşq toplanışında İsrail olimpiya komandasına uduzmuşduq (1:5), eyni komanda ilə başqa görüşdə qalib gəldik(2:

1). “Hapoel”lə matçda da xoş anlar yaşandı. Çox yaxşı bir hissə oynadıq və vacib qələbə qazandıq".

“Makkabi” – “Sabah” matçı iyulun 25-də “Varkert” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti