"Sabah" Ukrayna təmsilçisini məğlub etdi

17 İyul 2024 22:40 Sabah 848
"Sabah" Ukrayna təmsilçisini məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynadan "Rux" ilə üz-üzə gəlib.

Qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Masazır təmsilçisinin qollarını Kahim Parris və Neqoş Kapuseviç vurub.

"Sabah" Sloveniyada bundan əvvəl üç hazırlıq matçı keçirib. Azərbaycan təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" və Ukraynanın "Krivbas" klubu ilə isə heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti