Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Sportinfol.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli "Koper" ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sloveniyanın yüksək liqasında çıxış edən "Koper" ötən mövsümü 5-ci pillədə tamamlayıb.
"Sabah" Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq.
"Sabah" iyulun 18-də Bakıya qayıdacaq.

