Coy-Lens Mikelsi geri qaytaran «Sabah» daha bir transfer edib.
Konfrans Liqasında qüvvəsini sınayacaq «qartallar» İvan Lepinitsa ilə anlaşıb.
Xorvatiyalı iki illik müqaviləyə qol çəkib.
24 yaşlı yarımmüdafiəçi son olaraq ölkəsində "Slaven Belupo"nun formasını geyinib. “Riyeka”nın yetirməsi “Zadar”, “Arminiya”da (Bilefeld/Almaniya) da oynadıqdan sonra 2023-cü ildə “Slaven Belupo”ya keçib.
Dayaq yarımmüdafiəçisinin bu komanda ilə müqaviləsi 2025-ci il mayın 31-nə qədər idi.
SPORTİNFO.AZ

