“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu mərhələdə İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Mütəxəssis isə klubun saytına açıqlamasında rəqib haqqında bunları deyib:
“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq. “Makkabi”nin bu cütün favoriti olduğu aydındır.
Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
“Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.

