Yeni adam "Sabah"ı “zirzəmi”dən uğura necə daşıdı? - VİDEO

9 İyun 2024 14:00 Sabah 1 506
Yeni adam "Sabah"ı “zirzəmi”dən uğura necə daşıdı? - VİDEO

Premyer Liqanın bürünc medallarının sahibi “Sabah” mövsümün ən ziddiyyətli, ziq-zaqvari qrafik cızan komandası oldu.

Çempionata “Qəbələ” üzərində 5:0-lıq darmadağınla başlayan Masazır təmsilçisi sonra ardıcıl 9 oyun qələbəyə həsrət qaldı.

10-cu turda “Sumqayıt” üzərindıə qələbə qazanılanda “Sabah” artıq turnir cədvəlinin aşağısına sıxışmışdı.

Rusiyalı baş məşqçi Murad Musayev indi postunda əvvəlki kimi imanlı görünmürdü. Azərbaycan Kubokunun ilk 1\4 final matçında “Qarabağ”dan alınan 1:7 hesablı ağır məğlubiyyət Musayev üçün son oldu.

Bu, məşqçinin 2 il 3 ay ərzində işi və xarakteri ilə qazandığı hörmətə görə istefasına üzülənlər çox oldu, “Sabah” rəhbərliyi qınanıldı.

Amma “hər işdə bir xeyir var” deyimi bu məsələdə özünü doğrultdu.

“Sabah”ın prezidenti Maqsud Adıgözəlovun martın 1-də əl sıxışdıraraq müqavilə imzaladığı xorvatiyalı Krunoslav Renduliç elə o əllərlə də batmaqda olan komandanı nəinki cəkib turnir cədvəlinin “zirzəmi”sindın çıxardı, bürünc medal qazanıb, avrokuboka vəsiqəni də təmin etdi.

Renduliçin başçığı ilə “Sabah” 11 oyundan 8-də qələbə qazandı. Finala bərabər son 2 turda əsas rəqibləri “Sumqayıt” və “Neftçi” üzərində əldə olunan qələbələr isə komandaya sanki həyat verdi.

Bu 11 turda “Sabah” “Qarabağ” da daxil, bütün rəqiblərindən cox xal topladı.

Daxili “imtahan”dan üzüağ çıxan Renduliçi indi Konfrans Liqasında - avrokubok sınağında izləmək maraqlı olacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti