İstedadlı gənci heyətinə qatmaq istəyən klubların diqqətinə - Ona necə sahib olmaq olar?

16 İyun 2024 23:20 Sabah 2 475
İstedadlı gənci heyətinə qatmaq istəyən klubların diqqətinə - Ona necə sahib olmaq olar?

2023/24 mövsümünü yaxşı keçirən adlar arasında Abdulla Rzayev də oldu.

22 yaşlı futbolçu ötən mövsüm "Kəpəz"in heyətində diqqətləri üzərinə çəkə bilmişdisə, bu dəfə "Araz Naxçıvan" formasında daha parlaq futbolla yadda qalmağı bacardı.

Əbəs deyil ki, bu gün transfer bazarında adı ən çox keçən də məhz odur.

Cinah müdafiəçinin xidmətində maraqlı olan klubların sayı nə birdi, nə də iki.

Muxtar Respublika təmsilçisi onun qalması üçün çabalarını davam etdirir.

"Sumqayıt" da onun xidmətində ən çox maraqlı olan klublar arasındadır.

"Turan Tovuz"un isə artıq Abdulla ilə anlaşdığı barədə məlumatlar dolaşır.

Bəs əsl həqiqət necədir?

Arxa xətt oyunçusunun hazırda "Sabah"la 2026-cı ildə başa çatacaq anlaşması var.

Deməli, "tələbələr"in icazəsi olmadan onunla hansısa klub razılığa gələ bilməz.

22 yaşlı oyunçunu yalnız icarəyə götürmək mümkündür.

"Sabah"ın Abdulla ilə bağlı mövqeyi isə hələ də tam dəqiqləşməyib.

Futbolçu komanda ilə təlim-məşq toplanışına aparıla bilər. Burada qalıb-qalmayacağına da onda qərar veriləcək.

Bu məqam nə futbolçunu, nə də onu istəyən klubları qane etmir.

Çünki heyətini komplektləşdirən komandalara bir aydan sonra müdafiəçi lazım olmaya bilər.

Sırf bu səbəbdən onun yaxın günlərdə icarəyə verilməsi variantı da istisna deyil.

Son söz baş məşqçi Krunoslav Renduliçdədir. Rzayevi istəyən klubların xorvatiyalı mütəxəssisin yekun qərarını gözləməkdən başqa çarəsi yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti