Ardıcıl ikinci mövsüm avrokuboklara vəsiqə qazanan «Sabah» ilk transfer çalışmasını bitirmək ərəfəsindədir.
Konfrans Liqasında mübarizə aparacaq Masazır təmsilçisi heyətini gücləndirməyə qapıdan başlayıb.
Yusif İmanov və Nicat Mehbalıyevin qeyri-sabit mövsüm keçirməsindən narahat olan Krunoslav Renduliç «çərçivə»ni legionerə tapşırmağa gərək duyub.
«Bayquşlar» hələlik adı gizli saxlanılan əcnəbi kiperlə 2 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ

