“Neftçi” üzərində qələbəni və avrokuboklara vəsiqəni ailəmə, valideynlərimə və həyat yoldaşıma həsr edirəm.
Bir də azarkeşim olan nənəmə”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın vingeri Anatoli Nuriyev deyib.
Masazır klubunda ikinci mövsümünü arxada qoyan oyunçu Konfrans Liqasında mübarizə aparacaqları üçün sevindiyini bildirib.
Millimizin üzvü beynəlxalq turnirə səylə hazırlaşacağını və orada özünü yaxşı tərəfdən göstərmək, komandaya fayda vermək üçün əlindən gələni edəcəyini söyləyib.

