Mövsümün son oyunlarında “Sabah”ı təkcə “Soldati di Sabah” yox, yeni yaranmış qrup da dəstəkləyirdi.
32-ci turda “Səbail”lə oyundan başlayaraq tribunadakı yerini tutan futbol azarkeşləri qrupun adının “Fratelli del Sabah” adlanmasını istəyib. Dilimizə tərcümədə “Sabah”ın qardaşları” deməkdir.
Qrupun tərkibindəki insanlar əsasən yaşı 30-dan çox olanlardır. Bu da səbəbsiz deyil. “Sabah”a azarkeşlik edən yerli və xarici iş adamları, bloger və influenserlərdən ibarət dəstə məhz “Fratelli del Sabah” adı altında birləşib.
Elit fan kluba üzvlük xüsusi seçim və qaydalar əsasında həyata keçirilir.
HƏBİB / SPORTİNFO.AZ

