COP29

"Sözün düzü, bilmirəm"

30 May 02:00 Sabah 444
"Sözün düzü, bilmirəm"

"Qola qədər çoxlu şanslarımız oldu, sadəcə, fürsətlərdən istifadə edə bilmədik.

Axıra kimi mübarizə apardıq deyə sonda istədiyimiz qolu vurduq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Elvin Camalov Premyer Liqanın 36-cı turunun "Neftçi" ilə oyunu (1:0) haqda deyib.

O, azarkeşləri təşəkkür edib:

"Matç başlayandan demək olar ki, bizim üstünlüyümüz şəraitində keçdi. İstədiyimizə nail ola bildik.

Bunun üçün də bizə dəstək olan bütün "Sabah" ailəsinə təşəkkür edirəm.

Gəlib bizi sona kimi dəstəklədilər. Biz də onları sevindirdik".

E. Camalov qoldan sonra futbolçular arasında olan gərginlik barədə belə deyib:

"Sözün düzü, bilmirəm. Mən də vəziyyəti sakitləşdirməyə çalışırdım.

Yəqin ki, hansısa hadisə baş verib. Bilmirəm ki, nə oldu".

O, avrokuboklar üçün qarşıya hədəflərin qoyulduğunu bildirib:

"Çox yaxşı mövsüm keçirdik. Əziyyətimizin bəhrəsini gördük.

Gedişatda hər şey aydın olacaq. Konkret hədəflər var. Amma indidən danışmaq tezdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"