COP29

"Qarşımıza qoyulan tələbi yerinə yetirmək üçün səfərbər olmuşuq"

17 Aprel 21:00 Sabah 413
"Qarşımıza qoyulan tələbi yerinə yetirmək üçün səfərbər olmuşuq"

"Qazandığımız hər qələbə bizdə özünəinam hissini daha da artırır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Tellur Mütəllimov deyib.

Premyer Liqanın ötən turunda "Qarabağ"a qol vuran orta sahə oyunçusu qarşıdan gələn "Kəpəz"lə matç barədə düşüncələrini bölüşüb.

O, "rəqibin formada olması, yoxsa "Qarabağ" üzərindəki parlaq qələbənin eyforiyası sizə daha çox problem yarada bilər" sualına cavabında nikbin danışıb:

"İnanıram ki, qarşıdakı matçlardan da yaxşı nəticə ilə ayrılaraq, mövsümün sonunda məqsədimizə çatacağıq. Hədəfimiz ikinci dəfə avrokuboklara vəsiqə qazanmaqdır.

Komanda olaraq yalnız buna köklənmişik. Növbəti altı turun hər biri həlledici ola bilər.

Çünki turnir cədvəlində sıxlıqdır, hər həftə yerlər dəyişir.

Qarşımıza qoyulan tələbi yerinə yetirmək üçün səfərbər olmuşuq. Hər şeyin bizim üçün yaxşı olacağına əminik".

Digər Xəbərlər
Xəbər Lenti