Azərbaycan klubunda karyerası alınmadı, Maltaya getdi

10 Fevral 2024 09:00 Sabah 770
Azərbaycan klubunda karyerası alınmadı, Maltaya getdi

`"Sabah"ın yollarını ayırdığı Hiqor Qabriel özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Maltada oynayacaq.

O, bu ölkənin yüksək liqa təmsilçilərindən olan “Hibernians”la anlaşıb.

24 yaşlı futbolçu mövsümün sonuna qədər Malta klubuna məxsus olacaq.

Hiqor 2022-ci il fevral ayında “Fluminense”dən “Sabah”a keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti