“Qarabağ“ onu ŞOKa saldı, “günahkar mənəm” etirafı etdi – V İDEO+FOTOREPORTAJ

31 Yanvar 00:30 Sabah 291
“Qarabağ“ onu ŞOKa saldı, “günahkar mənəm” etirafı etdi – V İDEO+FOTOREPORTAJ

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sabah" Masazırda "Qarabağ"ı qəbul edib.

Qonaq komanda rəqibini darmadağın edib - 7:1. Ağdam təmsilçisinin heyətində Olavio Juninyo (28, 55) və Abdullah Zubir (77, 89+3) dubla imza atıblar.

Digər qolların müəllifləri Hamidu Keyta (20), Nəriman Axundzadə (45+5) və Adama Diakabi (87) olublar. Bakılıların təsəlli qolunu 63-cü dəqiqədə Cesse Sekidika vurub.

“Sabah”ın baş məşqçisi Murad Musayev bunları söyləyib:

“Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil.

Günahkar özümüzük. İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik.

Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi. Nicatın ikinci qola qədər zədəsinə görə həkimləri niyə çağırmadığını anlamıram.

Əslində təcrübəli futbolçudur. Yerə yıxılıb həkimləri çağırmalı idi. Zədən varsa, niyə oynayırsan? Çıxmaq lazımdır.

1:7 ağır nəticədir. Buna görə yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram. Amma bütün bunların öhtəsindən gəlməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!