"Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil" - Murad Musayev

30 Yanvar 22:30 Sabah 525
"Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil" - Murad Musayev

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qarabağ"a 1:7 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük.

- Görünürdü ki, "Sabah"ın açıq futbol oynaması "Qarabağ"ın işinə yaradı. Başqa cür oynamaq olmazdı?

- İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi.

- İkinci qola qədər Nicatda zədə olduğu görünürdü. Amma həkimləri çağırmadı. Bunu necə şərh edərdiniz?

- Niyə etmədiyini anlamıram. Əslində təcrübəli futbolçudur. Yerə yıxılıb həkimləri çağırmalı idi. Zədən varsa, niyə oynayırsan? Çıxmaq lazımdır.

- Sıx qrafikdəsiz. Ağır məğlubiyyət komandaya psixoloji cəhətdən necə təsir edəcək?

- 1:7 ağır nəticədir. Təsir edib-etməyəcəyini bilmirəm. Amma bütün bunların öhdəsindən gəlməliyik.

- "Sabah" tarixinin ən ağır məğlubiyyətidir. Bu nəticədə sizin və rəhbərliyin günahı nə qədərdir?

- Yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram.

Digər Xəbərlər
Xəbər Lenti