"Sabah" bu gün Masazırda "Qarabağ"ın önünə itkilərlə çıxacaq

30 Yanvar 17:20 Sabah 336
"Sabah" bu gün Masazırda "Qarabağ"ın önünə itkilərlə çıxacaq

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi bu görüşə itkilərlə çıxacaq.

Zədəli Kristian Sebalyos fərdi məşq edir. İki həftə əvvəl sıradan çıxan Con İrasabal hələ ki, sıraya qayıtmayıb.

Premyer Liqanın 20-ci turunun "Zirə" ilə matçını xəstəlik səbəbindən buraxan Boyan Letiç artıq sağalıb. 31 yaşlı sol cinah müdafiəçisi kollektivlə birlikdədir və oynamağa hazırdır.

"Zirə" ilə görüşdə iştirak etməyən Ayaz Quliyev isə zədəsi ciddi deyil. Meydana çıxıb-çıxmayacağı həkimlərin və məşqçilər korpusunun rəyi əsasında oyun günü müəyyənləşəcək.

"Sabah" - "Qarabağ" qarşılaşması bu gün saat 19:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!