Komanda yoldaşı Aleksey İsayevin yoxluğunu hiss edirmi?

29 Yanvar 2024 21:00 Sabah 943
Komanda yoldaşı Aleksey İsayevin yoxluğunu hiss edirmi?

“Ona yeni klubunda uğurlar arzu edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Tellur Mütəllimov deyib.

“Bayquşlar”ın lideri hesab olunan Aleksey İsayev qışda buradan ayrıldı. O, artıq “Qarabağ”ın formasını geyinir.

Tellur Alekseyin yoxluğunu meydanda hiss edirmi? Və ya hansısa məqamda özlüyündə "Kaş İsayev meydanda olardı" - deyə düşünürmü?

Cavabı eşidək:

“Aleksey bizim komandanın əsas üzvlərindən biri idi. Komandanın uğurlarında böyük rolu olub.

İnanıram ki, yeni klubunda da uğurlu olacaq. Futbolçunun komandasını dəyişməsi futbolun bir parçasıdır.

Mən də yalnız komandamın oyununa köklənmişəm. Fikirimcə, yeni ildən sonra komanda olaraq yaxşı çıxış edirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti