Təklifi qəbul etdi, seçimə başladı, qucaqlamadı

29 Yanvar 17:40 Sabah 688
Təklifi qəbul etdi, seçimə başladı, qucaqlamadı

Murad Musayevin «Sabah»la müqaviləsi bu ilin yayında bitirdi.

Uzun sürən danışıqlardan, müzakirələrdən sonra bu sualın cavabı məlum oldu: o, daha 2,5 il burada fəaliyyətini davam etdirəcək.

Rusiyalı çalışdırıcı rahatdır artıq. Müqavilənin uzadılması o deməkdir ki, yeni şərtlərini qəbul eləyiblər.

«Sabah» cari mövsümün yekununda avrokuboklara vəsiqə qazanmasa, bu anlaşma pozulmayacaq. Söz rəsmiyyətə tökülüb, imzalar atılıb.

Şübhə etmirəm, tərəflər müqavilənin müddətini uzatmaqla bağlı ortaq məxrəcə gəlməsəydi, Musayev 2024-cü ilə «Sabah»da başlamayacaqdı, qüvvədə olan sövdələşməsinin bitməsini gözləmədən Azərbaycandan ayrılacaqdı.

Gündəlik iş rejimində çalışdığı heyət ürəyincədirmi? Əslində, bunu müəyyənləşdirmək asandır.

Murad Musayev yaya kimlərlə gedəcək, hazırda onları saf-çürük edir. Zirədəki son qarşılaşmaya əsaslansaq, rusiyalı mütəxəssisin mövsümün axırında böyük dəyişikliyə gedəcəyini iddia etmək mümkündür.

«Sabah» qəsəbədə könül rahatladan futbola yadda qalmadı. «Zirə»yə çoxsaylı qol epizodu verdilər.

Həmişə hakimlərdən şikayətlənən Murad Musayev 1:0-lıq qələbədən sonra susdu. Çün bu qalibiyyəti ona futbolçuları yox, Rauf Cabbarov qazandırdı.

Əlavə vaxtı 4 dəqiqə göstərib, müddəti 10 dəqiqəyə kimi uzadan, «Zirə»nin lehinə künc zərbəsini nişan vermək əvəzinə «Sabah»ın topu qapıdan oyuna daxil etməsinə işarə edən referini Murad Musayevin qucaqlayacağını gözləyirdim, o, bunu da özünə sığışdırmadı.

Deyəsən, utanmışdı.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti