Pula görə yayda Azərbaycan klubunu atıb getdi, indi peşman oldu, XƏBƏR GÖNDƏRDİ

29 Yanvar 14:40 Sabah 4 426
Pula görə yayda Azərbaycan klubunu atıb getdi, indi peşman oldu, XƏBƏR GÖNDƏRDİ

Coy Lens Mikels yenidən Azərbaycana dönməyi arzulayır.

Ötən ilin avqustunda “Sabah”dan qalmaqalla ayrılan almaniyalı hücumçu Səudiyyə Ərəbistanında özünü xoşbəxt hiss etmir.

Birinci liqa təmsilçisi “Əl-Faysal”la 3 illik müqavilə imzalamış legioner burada kifayət qədər şans qazanmır.

Az oynadığı üçün Ərəbistan yarımadasını tərk etmək variantını nəzərdən keçirən Mikels “Sabah”a xəbər göndərib.

O, bu formanı geyinmək üçün darıxdığını, azad agent statusu alacağını, əvvəlki şərtlərlə geri qayıtmağa hazır olduğunu bildirib.

2021-ci ildə “Sabah”ın formasını geyinən almaniyalı 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.

Mikelsin «Sabah»ı pula görə tərk etməsini xatırladaq. “Əl-Faysal”da illik gəliri 750-800 min avro civarında nəzərdə tutulub.

Razılaşmanın bir maraqlı tərəfi də bonuslarla bağlıdır. Anlaşmaya görə, burada vuracağı hər qola görə ona 10 min avro vəd olunub. Komanda çempionluq titulu əldə edərsə, ona 200 min avro ödəniləcək.

Gümüş medalın qarşılığı 150 min avro təşkil eləyəcək. Bürünc medalın əvəzində isə 100 min avro irəli düşəcək.

"Sabah" Mikelsin bu gedişinə hazırlıqsız yaxalandı. Masazır təmsilçisi hücumçusunu saxlamaqdan ötrü daha çox əməkhaqqı təklif etmişdi.

O, əvvəlcə razılaşmış, son anda isə «yox» demişdi. «Partizan»la Konfrans Liqasının təsnifat oyunlarına çıxmaqdan boyun qaçıran forvard sosial şəbəkəni də bir-birindən vurmuşdu.

"Əl-Faysalı"daki məqsədlərindən, gözləntilərindən yazarkən, "Sabah"a yer verməmişdi:

"Yeni evim. Bu heyrətamiz kluba qoşulmaqdan və bir neçə gündən sonra debüt edəcəyim üçün çox xoşbəxtəm.

Hiss edirəm ki, bu mövsüm birlikdə böyük nailiyyətlər əldə edə bilərik.

Mənə və ailəmə güvənən "Əl-Faysali" klubunun idarə heyətinə və mənə kömək edən insanlara, sövdələşməni mümkün edən insanlara, agentliyə xüsusi təşəkkürlər".

İndi isə…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!