“Mən də çox şeydən narazıyam, imkan versinlər, 11 11-ə oynayaq”

27 Yanvar 20:10 Sabah 585
“Mən də çox şeydən narazıyam, imkan versinlər, 11 11-ə oynayaq”

Sportinfo.az xəbər verir ki, "Sabah"In baş məşqçisi Murad Musayev Premyer Liqanın 20-ci turunun "Zirə" ilə matçından (1:0) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Çətin oyun oldu. Çox mübarizəli matç keçdi. “Zirə” ilə bütün oyunlarımız belə alınır. İkinci yarıda 10 nəfərlə oynasaq da, intizamlı çıxış etdik. Şadam ki, bu cür vacib qol vurduq. Bizim üçün çox vacib qələbə oldu.

- İlk yarıda “Sabah” özünə bənzəmirdi. Fasilədə nəyi dəyişdiz?

- İlk yarı çox səhvlər var idi. Daim mübarizə şəklində oyun keçirdi. Yalnız bir qol epizodumuz var idi. Topa yaxşı nəzarət edə bilmirdik. İkinci yarıda intizamlı oynamaqdan başqa, çıxış yolumuz yox idi. Ümidimizi sürətli əks-hücumlara başlamışdıq. Nəticəyə baxmayaraq, uşaqlara təşəkkür edirəm ki, sona qədər oynadıq. Qola da layiq idik.

- “Zirə”nin penalti ilə bağlı narazılığı var idi. Onlar hücumdan əvvəl korner olduğunu iddia edirdi...

- Mən də çox şeydən narazıyam. Elvin Camalovun, Emanuel Apehin qovulmasından. Oyunun gedişində belə "qırmızı"lar ola bilər. İmkan versinlər 11 11-ə oynayaq. Hər oyundan sonra məşqçilərin hakimlərdən narazı qalması yaxşı deyil.

- İşak Belfodil faydasız görünür. Formasını nə vaxt bərpa edəcək?

- Toplanış keçib. Yoxlama görüşlərini oynayıb. Əsas heyətdə 5-ci matçıdır. Əminəm ki, yaxşı oyunlarını göstərəcək. Böyük oyunçudur, böyük liqalarda oynayıb. Onun xüsusi stili var. O bizim, biz isə onun oyununa uyğunlaşmalıyıq

- Bu gün də oyunun gedişində qırmızı vərəqə alacağınız ehtimal edilirdi. Ümumiyyətlə, belə epizodlarda köməkçiləriniz sizi sakitləşdirir?

- Hər şey yaxşıdır. Bu gün sarı vərəqə də almamışam. Hər dəfə qovulanda, heç vaxt söyüş söymürəm. Yaxşı olardı ki, hakimlərə bu haqda suallar verəsiz. Ola bilər ki, hakimlərə sərt şəkildə qərarları ilə bağlı suallar verirəm.

- Nicat Mehbalıyev artıq komandanın əsas qapıçısıdır?

- Bəli, hazırda o, bir nömrədir. Ona tərfilər etmək istəmirəm. Onun bugünkü qələbədə böyük pay sahibidir. Sakitləşək. İki oyunu yaxşı oynayıb. Artırmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!