Murad Musayev onu "Sabah"ın yeni brendi etmək istəyir

23 Yanvar 15:00 Sabah 1 565
Murad Musayev onu "Sabah"ın yeni brendi etmək istəyir

Ölkədə ən güclü üç heyətdən biri Murad Musayevdədir.

Coy-Lens Mikels, Aleksey Kaşuk və Aleksey İsayev kimi fərq yarada bilən futbolçular indi onun sərəncamında olmasa belə.

Əksəri bahalı olan oyunçu toplusu ilə yoluna davam edən rusiyalı baş məşqçinin düşdüyü vəzyyətdən çıxa bilməsi üçün hələ zamanı tükənməyib.

«Neftçi» ilə qarşılaşmanı 2024-cü ilə pis başlanğıc saymaq olmaz. «Sabah» Masazırda dinamik və istəkli təsir bağışladı, toplu oyuna üstünlük verdi.

Hə, bu problemdir - evdə «Neftçi»yə qol vurmaq. Sindrom yenə davam etdi. Hər nə qədər qol pərdəsini aralamağa cəhd göstərsələr də, tələskənlik və xəsislik onlara mane oldu.

Emmanuel Apehin ikinci hissənin son bölümündə rəqibin cərimə meydançası daxilində komanda yoldaşı Marqaritiya pas verməməsini yada salaq.

Belə epizodlar tez-tez ələ düşmür və fürsət yarandısa, gərək paxıllıq etməyəsən, qələbə naminə səmimi və ağıllı davranmalısan, yalnız öz adının tabloya yazılmasını istəməyəsən.

Murad Musayevin Aleksey İsayevin yoxluğunu kiminlə doldurmaq istədiyi artıq məlumdur. O, Ayaz Quliyevi yeni lider gözündə görür.

«Spartak» məktəbi keçmiş, transferi yüzminlərlə dollara başa gəlmiş Ayazın bu yeri tutması bir qədər vaxt aparacaq.

Sezonun əvvəlində Rusiyadan gəlmiş yarımmüdafiəçi hələ də adaptasiya dövrünü tam keçməyib, ideal formasını bərpa etməyib.

Quliyev köhnə günlərini xatırlamağa başlayıb ondan gözləntilərin nə qədər böyük olmasını anlayanda, «Sabah» iddialı görkəmini qaytaracaq, qol(lar) da vuracaq, qələbə də qazanacaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti