Azərbaycan klubunun atdığı addım böyük izdihamla qarşılandı - VİDEO

23 Yanvar 22:20 Sabah 465
Azərbaycan klubunun atdığı addım böyük izdihamla qarşılandı - VİDEO

Son günlər ölkəmizdə havalar çox soyuq keçir.

Belə hava şərtləri altında açıq havada fəaliyyət göstərən şəxslərin işi iki qat çətinləşmiş olur.

Həmin şəxslər arasında futbol azarkeşlərinin xüsusi yeri var.

Sevimli komandasını bütün şərtlər altında dəstəkləmək yolunu seçən fanatlar sərt hava şərtlərinə də dözməli olurlar.

Belədə qızınmaq üçün ən ideal yol, matçların fasiləsində isti çay içməkdir.

Bu baxımdan "Sabah" azarkeşlərini şanslı hesab edə bilərik.

Belə ki, Masazır klubunun rəsmiləri hava durumunu nəzərə alaraq oyunlarda pulsuz çay paylamaq aksiyası keçirib.

Premyer Liqanın 19-cu turunda "Neftçi"ni qonaq edən "tələbələr"in matçında ilk dəfə atılan təqdirəlayiq addım azarkeşlər tərəfindən izdihamla qarşılanıb.

Matçın fasiləsində hər kəs üz tutub qida məntəqələrində pulsuz təqdim edilən çaya.

XANOĞLAN / SPORTİNFO.AZ

"Bank Respublika Arena"da yaşananlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti